ƏQƏBƏ ƏQİQƏ

uşaq dünyaya gəldikdən sonra Allaha minnətdarlıq rəmzi olaraq kəsilən qurbandır. İslamdan öncəsi Ərəbistanda bütlərə tapınan ərəblər yalnız oğlan övladı doğulduqda heyvan qurban kəsirdilər. Məhəmməd peyğəmbər bu adəti dəyişdirmişdir. Rəvayətlərə görə imkan və istək olarsa, oğlan övladı doğulduqda iki, qız övladı doğulanda isə bir qoyun kəsmək məsləhət görülmüşdür. Yenə rəvayətlərdə Məhəmməd peyğəmbər nəvələri Həsən və Hüseynin doğulmasından yeddi gün sonra qurban kəsdiyi bilinməkdədir. Qurbanı uşağın doğulmasından yetkinlik yaşına qədər kəsmək olar. Ancaq hədislərə görə bu işi onun doğulmasından sonra yeddinci gün yerinə yetirmək daha yaxşıdır. Qurbanlıq heyvanın gözə çarpacaq qədər əskiklikləri olmamalıdır. Qurbanlıq ətindən hamı, eləcə də yenicə doğulmuş körpənin ailə üzvləri də yeyə bilərlər. Bununla belə, bu ətin bir hissəsi yoxsullara verilməlidir. Ümumiyyətlə, əqiqə qurbanı dində savab, ancaq vacib deyildir.
ƏQƏBƏ
ƏL-ƏQSA
OBASTAN VİKİ
Əqəbə beyəti
Əqəbə beyəti Əqəbə - məkkədə , məscidul-­haramdan 3 km uzaqlıqda,mina hüdudları daxilində, ətrafı təpələlər əhatəli kiçik ve gizli bir vadidir. Həzrəti Peyğəmbər bu yerdə 620, 621 və 622-­ci illərdə ardıcıl olaraq Həcc mövsümündə Mədinəlilərlə görüşüb. Bu görüşmələrdən birincisi sadəcə olaraq müsahibə, ikincisi ve üçüncüsü isə beyət şəklində həyata keçmişdir. Birinci əqəbə beyəti ki, ona Beyətun-­nisa da deyilir, besətin 12­-ci ilində (621) bağlanib. Buna ilkdəfə 620­-ci ildə zəmin hazırlanıb. Övs və xəzrəcdən olan 6 nəfərlik bir dəstə Kəbənin yaxınlında peyğəmbərlə taniş olub ve İslamı qəbul etmişlər və növbəti il əqəbədə görüşmələri haqda hz.Peyğəmbərə söz verib ayrıldılar. Növböti il yəni 621-­ci ildə biri qadın olmaqla 12 nəfərlik bir heyətlə əqəbəyə Peyğəmbərlə görüşmək üçün gəldilər. Burada müşrüklərdən gizlin Peyğəmbərə beyət etdilər. Təzə Müsəlman olmuş mədinəlilər geri qaydarkən Peyğəmbər onlarla Musab ibn Ümeyri göndərdi ki, bu təzə müsəlman olanlara Quran ve Hökümləri öyrətsin, həmçinin qeyri müsəlmanları da İslama dəvət etsin. Musab ibn Ümeyr, Əsəd ibn Zürarənin evində qaldı.